İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda qiymətlər bu qədər BAHALAŞDI 

1874 01.07.2023 20:08 İqtisadiyyat A A

Türkiyənin  İstanbul şəhərində illik inflyasiya 55,19 faiz təşkil edib.

Musavat.com 700 mindən çox şirkəti birləşdirən İstanbul Ticarət Palatasına istinadən xəbər verir ki, iyun 2022-iyun 2023-cü ili ərzində pərakəndə ticarət nöqtələrində qiymətlər 55,19 faiz, topdansatışda isə 64,27 faiz artıb.

Türkiyənin ən böyük şəhərində bu ilin iyununda may ayı ilə müqayisədə pərakəndə qiymətlər 3,46 faiz, topdansatış qiymətləri isə 4,32 faiz bahalaşıb. Bu zaman ən çox artım mədəni tədbirlər, təhsil və əyləncə sahəsində qiymət artımı olub – 6,99 faiz. Nəqliyyat və rabitə xidməti xərcləri 5,11 faiz, yaşayış 3,75 faiz, geyim 3,2 faiz artıb.

Topdansatış sektorunda mayla müqayisədə iyunda yanacaq 8,36 faiz, tikinti materialları 3,9 faiz, tekstil məhsulları 3,3 faiz artıb, yalnız kimya məhsulları 1,36 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR