İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda dərnəyə silahlı hücum olub, yaralananlar var

600 25.05.2024 03:21 Dünya A A

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Sinoplular Sosial Köməkləşmə və Həmrəylik Dərnəyinə avtomat silahlarla edilmiş hücumda ikisi ağır olmaqla beş nəfər yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə bölgənin Altınşehir məhəlləsində qeydə alınıb.

Bildirilib ki, yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Olay yerinə xeyli sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR