İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul Qaz Sammiti keçiriləcək

317 30.01.2023 13:53 İqtisadiyyat A A

Fevralın 14-15-də İstanbul Qaz Sammiti keçiriləcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzin İstanbulda keçirilən “Türkiyənin energetikadakı əsri” adlı forumda verdiyi məlumata görə, Qaz Sammitinə istehsalçı və istehlakçı ölkələrin nümayəndələri dəvət olunub.

Musavat.com xəbər verir ki, təmsilçilik səviyyəsini açıqlamayan nazir bildirib ki, Türkiyə tezliklə qaz ticarəti üçün böyük “supermarket”ə çevriləcək: “Bununla əlaqədar olaraq biz fevralın 14-15-də İstanbul Qaz Sammitini keçirəcəyik. Orada biz Yaxın Şərq, Xəzər, Orta Asiya regionlarından olan istehsalçılarla Avropadakı istehlakçıları bir stol arxasına toplayacağıq. Son 20 ildə biz təbii qaz ticarət mərkəzi kimi fəaliyyət göstərməyimiz üçün zəruri olan investisiyaları yatırmışıq. Bura nəql, saxlama gücləri, LNG qəbulu həcmləri, beynəlxalq əhəmiyyətli boru kəmərləri, qaz satışı üçün topdansatış bazarı aiddir.

Ötən il Türkiyə təmsilçiləri təbii qaz ticarəti ilə bağlı Avropa, Asiya, Fars körfəzi regionlarının 15 ölkəsində olublar. Biz öz regionumuzdakı istehlakçılarla danışıqlar aparırıq. Bolqarıstanla 2035-ci ilədək hər il 1,5 milyard kubmetr qazın çatdırılmasına dair müqavilə imzalamışıq. Analoji danışıqları Şimali Makedoniya, Rumıniya və Moldova ilə də aparırıq”.

Nazirin verdiyi məlumata görə, ölkəsi Omanla ildə 1,4 milyard kubmetr qazın idxalına dair 10 illik müqavilə imzalayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR