İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul hava limanında pişik təyyarənin uçuşunu pozub

634 05.01.2024 04:37 Dünya A A

İstanbul Hava Limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb.

Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən salonda pişik gəzməyə başlayıb. Məlum olub ki, o, təyyarəyə xəbərdarlıq olunmadan mindirilib. Belə ki, onun sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.

Sahibinin əl yükündən qaçan pişik təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından hava limanının terminalına qayıdıb. Sərnişin və pişiyi təyyarədən düşürüblər. Məlum olub ki, qadın əvvəllər də gizlin yolla təyyarə salonuna heyvan keçirməyə cəhd edib. Aviaşirkət sərnişini qara siyahıya salıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR