İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli siyasətçi: Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır

507 31.01.2024 01:00 Dünya A A

İsrailin keçmiş baş naziri və Knessetdəki müxalifət lideri Yair Lapid İsrailin Vesti qəzetinə müsahibəsində Moskvanın Qəzza zolağındakı münaqişədə mövqeyinə görə Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, “yaxın gələcəkdə heç bir isti münasibətlər olmayacaq”. Müsahibədə israilli siyasətçi deyib ki, o, Moskvanın Fələstinin HƏMAS hərəkatı ilə müharibədəki mövqeyini birmənalı hesab edir. Onun fikrincə, İsrail rəhbərliyi Rusiya ilə münasibətlərini dəyişməlidir.

"İsrail çox uzun müddət tutduğu mövqeyə görə Rusiyanı və onun rəhbərliyini bağışlamaqda çətinlik çəkəcək", - Lapid deyib.

Yair Lapid vurğulayıb ki, dövlətlər münasibətləri elə belə kəsmirlər, lakin belə bir təhqir olarsa, onları bağışlamırlar.

Siyasətçi qeyd edib ki, İsrail Rusiya ilə strateji münasibət saxlamalıdır, lakin yaxın gələcəkdə isti münasibətlər olmayacaq. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR