İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin sabiq Baş naziri Prezident İlham Əliyevi təbrik edib

404 11.05.2023 18:53 Siyasət A A

2006-2009-cu illərdə İsrail Dövlətinin Baş naziri olmuş Ehud Olmert Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Musavat.com xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.

Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Bu əlamətdar gün münasibətilə Tanrıdan Sizə və Azərbaycan xalqına xoşbəxtlik və uğurlar diləyirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR