İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin keçmiş müdafiə naziri sensasion plan açıqladı - "Bunu etsək..."

1397 27.03.2026 14:02 Region A A

İsrailin sabiq müdafiə naziri Yoav Gallant ABŞ-ı İrana qarşı açıq hərbi əməliyyata çağıran məqalə ilə çıxış edib. Musavat.com xəbər verir ki, Gallant Vaşinqtonun Xarq adası üzərində nəzarəti ələ keçirməsinin zəruriliyini iddia edib. Onun fikrincə, bu addım Tehrana qarşı strateji təzyiq vasitəsi ola bilər.

Keçmiş nazir etiraf edib ki, belə bir əməliyyat genişmiqyaslı olacaq. O bildirib ki, plan minlərlə hərbçinin cəlbini, hava və dənizdən fasiləsiz dəstəyi tələb edəcək. Gallant əlavə edib ki, əməliyyat zamanı itkilərin qaçılmaz olması da istisna edilmir. Bununla belə, o, risklərin qəbul edilməli olduğunu vurğulayıb.

Sabiq müdafiə nazirinə görə, əsas yük ABŞ əsgərlərinin üzərinə düşəcək və onlar adaya çıxarma əməliyyatında birbaşa iştirak edəcəklər. Analitiklər isə belə çağırışların Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə biləcəyini bildirirlər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR