İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsrailə gedən bütün gəmilər hədəfimiz olacaq” - ŞOK XƏBƏRDARLIQ

1042 10.12.2023 19:23 Dünya A A

Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən istənilən gəmini hədəf alacaqlarını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husiyə istinadən məlumat yayıb.

"Dəniz təhlükəsizliyi maraqları baxımından biz bütün gəmiləri və şirkətləri İsrail limanları ilə işləməkdən çəkindiririk", - deyə o "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar:

"Hansı ölkəyə mənsub olduqlarından asılı olmayaraq, belə gəmilər silahlı qüvvələrimizin hədəfinə çevriləcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR