İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə ölən azərbaycanlıların adları AÇIQLANDI

2781 11.10.2023 12:16 Siyasət A A

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.

O, dünən Kıryat Yamda dəfn edilib.

Digər 3 nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.

***

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR