İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə olan Samirə Əfəndi tanınmaz halda - VİDEO

2805 08.10.2023 20:56 Şou-biznes A A

TƏl-Əvivə konsertə gedən "Avroviziya” təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.

Müğənni sosial şəbəkədə canlı yayım açaraq orada yaşadıqlarını danışıb.

Kövrələn müğənni bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib:

"Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır. Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Çətin və təlaşlı vəziyyətdə olan Samirə Əfəndini izləyicilərdən bəziləri tanımaqda çətinlik çəkiblər.

Qeyd edək ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib.//Qaynarinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR