İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə etirazlar bəhrəsini verir - Netanyahu geri çəkilir?

473 27.03.2023 14:53 Son xəbər A A

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi hazırkı hökumətin parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının parlamentdə müzakirə olunmasının dayandırıldığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Məlumata görə, baş nazir Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra mövqeyini açıqlayıb.

Son məlumatlara əsasən, maliyyə naziri və hökumət koalisiyasına daxil olan “Dini Sionizm” partiyasının lideri Bezalel Smotriç həmin qanun layihəsinin müvəqqəti dayandırılmasına etiraz etməyəcəklərini bildirmişdi. Bununla belə, milli təhlükəsizlik naziri və hökumətdə yer alan “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir baş naziri məhkəmə sistemində islahatlara fasilə veriləcəyi təqdirdə koalisiyanın dağılacağı ilə hədələyib.

Xatırladaq ki, Knessetin (parlament) Qanunvericilik komissiyası bazar ertəsi hakimlərin təyinatı üzrə komitənin tərkibinə dəyişiklik etmək üçün əsas qanun islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu təsdiqləyib. İsrail prezidenti İsxak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb, islahat əleyhinə nümayişçilərlə polis arasında toqquşmalar fonunda ölkədə son dərəcə gərgin ictimai-siyasi vəziyyət olduğunu bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR