İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və müttəfiqləri İranın pilotsuz təyyarələrini vurmağa başladı

1244 14.04.2024 03:16 Dünya A A

İsrailin “Kanal 12” telekanalı xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemi Suriya və İordaniya üzərində İrana məxsus pilotsuz təyyarələri vurmağa başlayıb.

Bu, ABŞ və İsrailin regional müttəfiqləri tərəfindən yaradılan müdafiə sistemi sayəsində mümkün olub.

Bu gün günortadan sonra baş nazir Netanyahu bildirib ki, İsrail İranın hücumuna hazırdır və cavab zərbəsi endirəcək.

Amerikanın "Eisenhower" təyyarədaşıyan gəmisi İsrail sahillərinə doğru irəliləməyə başladı. O, İran pilotsuz təyyarələrini vurmağda iştirak edən 90 döyüş təyyarəsini daşıyır.

Kiprdə yerləşən Britaniya döyüş təyyaeəlidə işə qoşulub.

Bu arada Suriyadan atılan ilk pilotsuz təyyarələr artıq İsrailə çatır. Təl-Əvivdə sirenlər səslənir.\\Turan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR