İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Livana cavab zərbələri endirib

539 21.03.2024 09:43 Dünya A A

İsrail ordusu ölkənin şimalındakı atəşə cavab olaraq Livandakı “Hizbullah”ın hədəflərinə zərbələr endirib.

"Report"un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gün ərzində Livanla sərhədə yaxın İron, Misqav-Am və Marqaliot yaşayış məntəqələri istiqamətində, eləcə də Har Dov dağı istiqamətində atəş qeydə alınıb. “Cavab olaraq, İsrail Müdafiə Qüvvələri atəş mənbələrinə hücum edib”, - məlumatda deyilir.

Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Hula kəndi ərazisində Hizbullahın hərbi obyektinə və Kfar Killa və Yarun yaşayış məntəqələri yaxınlığındakı müşahidə məntəqələrinə hücum ediblər.

Gün ərzində Livanın Əl-Kantara və Əl-Qanduriya kəndləri ərazisində Hizbullahın hədəflərinə zərbələr endirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR