İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail məhkəməyə verilir - Ankaradan reaksiya

1273 04.01.2024 15:54 Dünya A A

Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşılayır.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

"Ankara CAR-ın 1948-ci ildə qəbul edilən "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" çərçivəsində öhdəliklərin pozulması ilə bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır. İsrailin son 3 ay ərzində Qəzzada törətdiyi qətliamlar cəzasız qalmamalı və günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu prosesin ən qısa zamanda müsbət tamamlanacağına ümid edirik. Buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzaya hücumlarını dayandırmağı tələb edən müvəqqəti qərar verməsi gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək", - XİN rəsmisi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR