İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ilk dəfə bu silahdan İSTİFADƏ ETDİ - FOTO

3942 10.11.2023 09:48 Dünya A A

İsrail döyüşlərdə “Strela-3” (ivrit dilində “Hetz-3”) zenit-raket kompleksindən ilk dəfə uğurla istifadə edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, IDF bu silahdan Qırmızı dəniz üzərində hava hədəfini vurmaq üçün istifadə edib.

Departamentin məlumatına görə, İsrailə yönələn hədəfin vurulması dünən, noyabrın 9-da axşam saatlarında həyata keçirilib.

“Bu, "Strela-3" sisteminin 2017-ci ildə xidmətə girdiyi vaxtdan bəri ilk operativ müdaxilədir. Bu, ötən həftə "Strela-2" sistemi tərəfindən edilən ilk əməliyyatın davamıdır”, - deyə nazirliyin press-relizində bildirilir.

Successful tests of the Hetz-3 missile defense system passed in Israel

Qeyd edilib ki, hər iki kompleks İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin bir hissəsidir.

Belə ki, "Hetz-2" 1,5 min km-ə qədər, "Hetz-3" isə 2,4 min km-dən uzaq mənzilli ballistik raketlərə qarşı istifadə olunur. Eyni zamanda, kosmosda uzun mənzilli raketləri tutmaq üçün "Hetz-4" də inkişaf etdirilir.

Dünən, noyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən atılan raketi vurduğunu elan edib.

Nazirlik hansı sistemdən istifadə edildiyini açıqlamayıb.

Xatırladaq ki, İsrailin radikal HƏMAS hərəkatı ilə müharibəsi oktyabrın 7-dən davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR