İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail "Hizbullah"ın raket qüvvələrinin başçısını məhv etdi

584 21.05.2024 15:02 Dünya A A

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın sahil sektorunda "Hizbullah"ın raket qüvvələrinin komandanını hava zərbəsi ilə məhv edib.

Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

"Bazar ertəsi Livanın Tir bölgəsində İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə zərbə endirərək, "Hizbullah"ın raket qüvvələrinin sahil sektorundakı komandiri Qassem Saqlavini məhv edib. Saqlavi Livanın sahil sektorundan İsrailə çoxsaylı raket hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə cavabdeh olan terrorçu idi", - məlumatda bildirilir.

Həmçinin qeyd olunub ki, gecə saatlarında "Hizbullah" tərəfindən Qərbi Qalileyaya atılan bir neçə raket yaşayış olmayan ərazilərə düşüb. Cavab olaraq, SAXAL-ın qırıcıları Livanın cənubundakı Ramyer bölgəsində "Hizbullah"ın raket buraxan qurğusuna zərbələr edib.

Mənbə: "Israel Defense Forces" "Telegram" kanalı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR