İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçiləri HƏMAS-ın komandirlərindən birini zərərsizləşdirib

293 11.12.2023 11:06 Dünya A A

İsrail Müdafiə Ordusu HƏMAS-ın tağım komandirlərindən birini zərərsizləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və İctimai Təhlükəsizlik Xidmətinin yaydığı birgə açıqlamada bildirilib.

Məlumata görə, İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Emad Karika ölüb.

Vurğulanıb ki, o, bir həftə öncə “Şecayya” tağımına komandir təyin olunmuşdu. Onun sələfi Vessam Farxat da İsrail Müdafiə Ordusu tərəfindən döyüşlərdə öldürülmüşdü.

E.Karika 2019-cu ildə komandir müavini təyin olunubmuş. “Şecayya” tağımı Qəzza zolağında bir sıra terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR