İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Haaqa Məhkəməsinə baxmayaraq müharibəni davam etdirəcək

556 14.01.2024 04:04 Dünya A A

“İsrail, Beynəlxalq Haaqa Məhkəməsinin təzyiqlərinə baxmayaraq, qələbə çalana qədər Fələstinin HƏMAS hərəkatı ilə mübarizəni davam etdirəcək”.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

“Bizi heç kim dayandıra bilməz - nə Haaqa, nə İran, nə də başqa heç kim”, - İsrailin baş naziri əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar daxil olmaqla 200-dən çox İsrail vətəndaşının terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.\\“Report”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR