İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail aviasiyası Dəməşqə zərbə endirib

469 11.12.2023 11:23 Dünya A A

İsrailin Suriyanın paytaxtı Dəməşqin bəzi nöqtələrinə hava hücumu təşkil etdiyi iddia edilir.

Musavat.com xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi məlumatda dünən yerli vaxtla saat 23.05-də İsrail qüvvələri hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələr hədəf alıb.

Xəbərdə bildirilir: "Hava hücumundan müdafiə sistemlərimiz Colan təpələrindən gələn raketləri ələ keçirərək bəzilərini vurub. Hücum zamanı ziyan dəyib".

İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan “Hizbullah”ının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR