İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Qızıl vizanı ləğv edir

686 08.04.2024 22:22 Dünya A A

İspaniya hökuməti daşınmaz əmlaka sərmayə qoyuluşu müqabilində əcnəbilərə “qızıl viza” verən proqramı ləğv etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançesə istinadən Financial Times məlumat yayıb.

Hazırda Avropa İttifaqından kənar ölkələrin vətəndaşları ölkədə daşınmaz əmlaka ən azı 500 min avro yatırmaqla üç il müddətinə İspaniyada yaşamaq icazəsi ala bilərlər.

Sançes bildirib ki, proqramın dayandırılması İspaniyada mənzil almaq imkanları ilə bağlı vəziyyəti yaxşılaşdıracaq: “Hazırda 100 belə vizadan 94-ü onsuz da çox çətin bazarla üzləşən böyük şəhərlərdə daşınmaz əmlak investisiyaları üçün verilir. Artıq orada yaşayan, işləyən və vergi ödəyənlər üçün layiqli mənzil tapmaq, demək olar ki, mümkün deyil".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR