İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

407 11.07.2023 11:15 Hadisə A A

İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var.

Musavat.com Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb.

Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı "VAZ-2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR