İnsanlara hürriyət, millətlərə istiqlal!

İslandiya millisinin baş məşqçisi: "Əsas olan qələbə qazanmaq idi"

599 06.09.2025 02:29 İdman A A

İslandiya millisi Azərbaycanla matçdan öncə qələbə qazanmağı hədəfləyib.

"Report"un Reykyavikə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu futbol üzrə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Əsasən, qələbə barədə düşünürdük. Yaxşı oyun sayəsində qalib gəldik. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR