İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-dən Çempionlar Liqası ilə bağlı PAYLAŞIM - Hamısını öldürün... FOTO

1317 09.04.2024 12:37 Dünya A A

Xarici mətbuatda yer alan xəbərə görə, terror təşkilatı İŞİD Çempionlar Liqasını hədəf alıb.

Musavat.com xəbər verir ki, terror təşkilatı dörddəbir final matçlarının keçiriləcəyi London, Paris və Madriddəki 4 qarşılaşma üçün stadionlarda qırğınları təşviq edən “hamını öldürün” mesajını paylaşıb.

1/4 finalda Londonda "Arsenal" və "Bavariya", Madriddə “Real” və “Mançester Siti”, Parisdə PSJ və “Barselona”, Madriddə isə “Atletiko Madrid” və “Borussiya Dortmund” komandaları üz-üzə gələcək.

Məlumata görə, İŞİD-in təhdidindən sonra 3 şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Terror təhlükəsi xəbərdarlığı 4-cü səviyyəyə qaldırılıb. 

Terror təşkilatının paylaşdığı fotoda matçların keçiriləcəyi 4 stadionun adı yer alıb və “hamını öldürün” mesajı yazılıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR