İnsanlara hürriyət, millətlərə istiqlal!

İsgəndəryan: “Ermənistanın Avropa Birliyinə üzv olması perspektivi...”  

798 15.12.2023 16:08 Siyasət A A

 

 “Ukrayna və Moldova indiki vəziyyətində Avropa Birliyinə daxil olarsa, Birlik Avropa İttifaqı olmaqdan çıxacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq, Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan bildirib.

“Nə Moldova, nə də Ukrayna Aİ-nin heç bir tələbinə belə yaxın deyil. Yeri gəlmişkən, bu ölkələrə qoşulmağa ən yaxşı hazır olan Gürcüstandır, lakin o, eyni statusu almayıb, sadəcə olaraq rəsmi namizəd olub”, - deyə o qeyd edib.

İskəndəryanın sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü sırf siyasi qərar kontekstində nəzərdən keçirilməlidir. Əgər siyasi baxımdan Aİ-yə üzvlük zəruridirsə bu, reallığa çevrilə bilər. Eyni zamanda İsgəndəryan danışıqların başlamasının və ya namizəd statusunun verilməsinin üzvlük üçün təminat olmadığını sözlərinə əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR