İnsanlara hürriyət, millətlərə istiqlal!

İsçevin Yöteborg şəhərində Zəfər günü tədbiri- FOTO, VİDEO  

553 06.11.2022 14:07 Dünya A A

 

Azərbaycan Evi Birliyinin Dəstəyi, Qarabağ Azadlıq Mərkəzinin təşkilatçılığı ilə Zəfər günümüzün 2 -ci il dönümü münasibəti ilə tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə azərbaycanlılarla bərabər digər şəhərlərdən gələn xaricilər də iştirak ediblər.  

Tədbirdə çıxış edən Azərbaycan Evi Birliyinin başqanı və Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova qeyd edib ki, ənənəyə sadiq qalaraq tədbir Azərbaycanın Dövlət himni ilə başlayıblar:

“Şəhidlərimizi bir dəqiqəlik sükutla böyük ehtiramla yad elədik. Bir neçə çıxışlar oldu, Zəfər günümüzlə bağlı ürək sözlərini dedilər, burda böyüyən uşaqlarımız şeir dedilər, mahnılar oxudular, vətənpərvər  musiqilərimiz, mahnılarımız səsləndirildi. Zəfər gününə aid videolar göstərildi və Təbrizli Nəsrin xanım Hüseyn bəyin müşayiəti ilə canlı olaraq xalq mahnılarımızı ifa etdi. Ən önəmli məqamlardan biri isə o oldu ki, bayrağımızı şəhərin mərkəzində yerləşən Azərbaycan Evi binasının çöl tərəfindən asaraq dalğalandırdıq”.

Tədbirin sonunda qonaqlara yemək ziyafəti verilib, xatirə fotoları çəkilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR