İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanı qarışdıran məhkəmə: Baqrat və “Müqəddəs Mübarizə” tərəfdarlarının işi üzrə qərar gözlənilir - VİDEO

1152 25.06.2025 22:31 Dünya A A

İrəvanın Nor Nork rayon məhkəməsinin qarşısında gərgin vəziyyət yaranıb.

Musavat.com xəbər verir ki, burada baş yepiskop Baqrat və “Müqəddəs Mübarizə” hərəkatının üzvləri ilə bağlı məhkəmə qərarı gözlənilir.

Ermənistan İstintaq Komitəsi daha əvvəl məhkəməyə 16 nəfərin həbs olunması ilə bağlı vəsatət təqdim edib. Onlar terror aktına hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamı ilə saxlanılıblar.

Hazırda məhkəmə binası hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Toplaşan vətəndaşlar məhkəmənin ədalətli qərar verəcəyinə ümid etdiklərini bildirirlər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR