İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan psixopat sakin binanı partladıb

466 05.02.2024 13:20 Dünya A A

Bu gün İrəvanda fövqəladə hadisə baş verib.

Musavat.com Ermənistan mediasına istinadla xəbər verir ki, saat 11:40 radələrində Nor Areş küçəsi 27-dəki evlərdən birində partlayış olub.

Jurnalistlərin hadisə yerindən verdiyi məlumata görə, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Erebuni polis idarəsinin rəisi David Petrosyanın rəhbərliyi ilə əməliyyat qrupu hadisə yerinə gəlib.

Hadisə yerinə toplaşan bir neçə vətəndaş partlayışın sözügedən küçənin 23 saylı evinin psixi pozğunluğu olan sakin tərəfindən törədildiyini bildiriblər. Partlayış nəticəsində evdə böyük uçqun olub.

Xəbər verilirr ki, hazırda xilasedicilər dağıntılar altında vətəndaşların olub-olmadığını öyrənmək üçün axtarış-xilasetmə işləri aparırlar.

Hadisə ilə bağlı Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsində cinayət işi açılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR