İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda vandallar əklilləri dağıtdılar - VİDEO

1209 09.05.2023 22:26 Region A A

Bu gün Ermənistanda 9 may - Qələbə Günü münasibətilə tədbirlər keçirilib. Meydandakı tədbirdə Ermənistanla yanaşı, Rusiyanın da bayraqları qaldırılıb. Heç şübhəsiz ki, Nikol Paşinyanın Moskvada olduğu saatlarda Ermənistan hakimiyyəti Rusiyanın xoşuna gəlməyə, nələrsə qoparmağa çalışıb.

Musavat.com xəbər verir ki, günün sonunda “qanqaraçılıq” yaşanıb.

Belə ki, Qələbə parkında qoyulan əklillər kimlərsə tərəfindən dağıdılıb.

“Vandallar bu gün İrəvanın Qələbə parkında “Əbədi məşəl”ə qoyulan əklilləri məhv ediblər” - erməni teleqram kanallarında bildirilir.

Mikayel Badalyanın çəkərək yaydığı kadrları təqdim edirik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR