İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qanuni oğruların toplantısı olub

1147 21.12.2023 14:48 Region A A

Bu ilin noyabrın 17-də İrəvanda qanuni oğrular arasında baş vermiş insidentdən sonra Ermənistan Respublikası Daxili işlər nazirliyinin Baş Kriminal Polis İdarəsi, İrəvan şəhər polis idarəsinin Cinayət axtarış idarəsi və Nor Nork Polis İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər.

Musavat.com erməni mediasına istinaədn xəbər verir ki, Ermənistan polisi Nor Nork rayonunda kirminal şəxslərə məxsus avtomobillərin bir yerə yığışdığını aşkar ediblər.

Polis "qanuni oğrular" arasında baş verən "razborka" iştirakçılarının bu avtomobillərlə gəldiyindən şübhələnir.

Yerli “FaktİNfo” portalının verdiyi məlumata görə, noyabrın 17-də İrəvanda qanuni oğrular arasında baş vermiş insidentlə bağlı cinayət işi çərçivəsində saxlanılan Arsen Yerevanski, Arsen Mkrtçyan azadlığa buraxılmışdı. Arsen Mkrtçyanın vəkili Vəkil Hovsep Sərkisyan eyni hadisə ilə bağlı həbs edilən Vitya Tbilisskinin yeni toplantıya gəlib gəlmədiyi barədə məlumatı olmadığını söyləyib..

Xatırladaq ki, noyabrın 17-də günorta İrəvanın David Bek küçəsində “Arsen Yerevanski” və “Vitya Tbilisski” adlı qanun oğruları arasında onların tərəfdarlarının da iştirak etdiyi dava baş verib.

Polis həmin vaxt 12 nəfəri həbs edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR