İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda etiraz: Davtyan SAXLANILDI

993 19.09.2023 13:17 Region A A

Erməni ekspert Qarnik Davtyan sentyabrın 19-da İrəvanın Respublika meydanında etiraz aksiyası keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Davtyan bildirib ki, Nikol Paşinyanın siyasəti nəticəsində bütün Ermənistan qana bulanıb:

"Belə davam edərsə, çox qısa müddətdə hamımız 44 günlük müharibənin qurbanlarının davamına çevriləcəyik. Məqsədim erməni xalqını ayağa qalxmağa və Türkiyə-Azərbaycan tandeminin tələblərinə tabe olmamağa çağırmaqdır".

Polis Qarnik Davtyana yaxınlaşaraq onu zorla aksiyanın keçirildiyi ərazidən uzaqlaşdırıb və nəzarətə götürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR