İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda daşnak deputat həbs edildi

899 25.09.2023 11:21 Region A A

“Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Tadevos Avetisyan həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə Milli Komitə məlumat yayıb.

“Hüquqi xaos. “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan Erebuni polis bölməsinə aparılıb”, - Milli Komitənin bəyanatında deyilir.

Məlumata görə, İrəvanda səhər tezdən itaətsizlik aksiyaları başlayıb. Xüsusilə, Saryan, Tumanyan, Moskovyan, Abovyan, Rubinyants küçələri və Komitas-Gülbenkian kəsişməsi bağlanıb. Polis vətəndaşları saxlamağa başlayıb. Ermənistan əhalisi ölkə hakimiyyətinin istefasını tələb etmək üçün küçələrə axışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR