İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda ara qarışdı 

5060 19.09.2023 13:48 Region A A

İrəvan Ağsaqqallar Şurasına seçkilərin nəticələri Ermənistanın baş naziri Nikol Paşinyanla “Vətəndaş sazişi” partiyasından merliyə namizəd Tiqran Avinyanın tərəfdarları arasında ciddi fikir ayrılığına səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravnuk” qəzeti yazır.

“Avinyan Respublika partiyası ilə koalisiya qurmaq fikrindən narazıdır. Hakim partiya İrəvanda meriyanı saxlamaq yollarını tapmağa çalışır və bu məqsədlə “Milli Tərəqqi” və “İctimai səs” partiyalarından və ya “Ana Ermənistan” blokundan bir və ya iki mandatı ələ keçirmək üçün fəal addımlar atır. Partiya rəhbərliyindən bəzi adamlar Qərbin Ayk Marutyanın (ikinci sıranı tutan - red.) timsalında yeni Zelenski yaratmaq niyyətində olduğunu düşünür”, - deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR