İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Xankəndidəki yaralıları helikopterlə aparmaq istəyir…

1793 26.09.2023 00:03 Son xəbər A A

Qarabağda baş vermiş partlayışda zərərçəkənlərin helikopterlə Ermənistana aparılması istiqamətində işlər gedir.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən “Armenpress”ə məlumat verilib. O da vurğulanıb ki, lakin hazırda əlverişsiz hava şəraiti və gecə vaxtı səbəbindən bu, mümkün deyil.

Nazirlik əmin edib ki, Ermənistandan olan mütəxəssislər Qarabağdan olan həmkarları ilə daim əlaqə saxlayır və onlarla məsləhətləşmələr aparırlar.

P.S. Ermənistan hadisənin Azərbaycan ərazisində baş verdiyini bu dəfə də “unudub”. Xankəndidən yaralıları helikopterlə daşımaqdan ötrü ilk öncə Azərbaycandan icazə alınmalıdır, havadan yox!

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR