İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan təlaşda: Qarabağdan gedənlər Ermənistandan da qaçır - səbəb

1778 04.11.2023 12:16 Gündəm A A

“Ermənistan Respublikası ”artsax" miqrantlarına qaçqın statusu verməklə onların Ermənistan ərazisindən çıxması prosesini asanlaşdırır. Onlara bu status o halda verilməlidir ki, Ermənistan vətəndaşlığından çıxmasınlar".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri yerli jurnalistlərlə söhbətində konstitusiya üzrə erməni eksperti Vardan Ayvazyan deyib.

“Məsələ ondadır ki, yüksək həyat səviyyəsinə malik ölkələrdə qaçqınlar imtiyazlardan istifadə edirlər və belə bir qərar Ermənistana gələn ”artsax" sakinlərinin kütləvi axınına səbəb ola bilər ki, bu da Ermənistan üçün arzuolunmazdır", - Ayvazyan qeyd edib.

Onun fikrincə, Qarabağdan köç etmiş ermənilərə qaçqın statusunun verilməsinin yeganə üstünlüyü ondan ibarətdir ki, onlar gələcəkdə hüquqi müstəvidə itirilmiş əmlaka və ya əmlaka görə kompensasiya tələb edə, Qarabağa qayıdıb öz əmlakları üzərində sərəncam vermək imkanı əldə edə biləcəklər.

O, həmçinin vurğulayıb ki, “artsax xalqının statusu” məsələsi daxili qanunlar çərçivəsində yox, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: “Qaçqın statusu isə yalnız o halda verilməlidir ki, onlar Ermənistan vətəndaşlığından imtina etməsinlər”.

Yada salaq ki, oktyabrın 26-da Ermənistan hökuməti Qarabağdan könüllü köç etmiş şəxslərə qaçqın statusu verilməsi barədə qərar qəbul edib.

Ayvazyanın təlaşı əsaslımı? Erməni hüquqşünas niyə kütləvi köçdən narahatdır? O halda bunun Azərbaycana uzaq-yaxın təsiri nə ola bilər, xeyrimizə yoxsa ziyanımıza olar?

İkinci yandan, cibində Ermənistan pasportu gəzdirənə necə qaçqın statusu verilə bilər? Axı onlar Azərbaycan vətəndaşı deyillər?

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Xəbərlər

Fazil Mustafa: “Ancaq Azərbaycan vətəndaşı olan erməni qaçqın statusu ala bilərdi”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, erməni vətəndaşı bütün hallarda qaçqın ola bilməz: “Qaçqın ancaq Azərbaycan vətəndaşı olduğu halda ola bilər. Onlar da Azərbaycan vətəndaşlığını qəbul edə bilməyiblər. Buyurub, gəlib, Azərbaycan vətəndaşlığını qəbul etsinlər, sonra hansısa bir proses olarsa, gedərlərsə, özlərini belə adlandırsalar da, yenə də hüquqi əsası olmayacaq. Çünki Azərbaycan vətəndaşı olmadan hansısa bir şəkildə onların bu statusu alması mümkün deyil. Heç beynəlxalq hüquqla da belə bir qayda yoxdur. Onlar həm də bu ərazidən də könüllü çıxıblar, hansısa bir məcburiyyət əsasında çıxmayıblar. Bu baxımdan orada kifayət qədər sübutlar var. Ermənilər bizim əraziləri işğal etmişdilər, yaxud da o vaxt zorla çıxarmışdılar. Onda hələ Ermənistan müstəqil dövlət olmasa da, Ermənistan SSRİ vətəndaşlığı var idi. Onlar Azərbaycan vətəndaşlığında qalmaq üçün heç bir addım atmadılar. Ona görə bu statusu almaları böyük problemdir. Konstitusiya üzrə özünü ağıllı sayan şəxs anlamır ki, Ermənistan vətəndaşlığında qalmağın, bu cür stimullaşdırmağın ciddi bir əsası ola bilməz. Ya Ermənistan vətəndaşı olacaqsan, ya da vətəndaşlığı olmayan şəxs olacaqsan. Qaçqın olmaq imkanı qətiyyən mümkün deyil. Çünki bu status ancaq Azərbaycan vətəndaşı olan erməniyə aid edilə bilərdi. Belə bir vətəndaş da yoxdur”.

Məhkəmələrə müraciətlər artdı -

Vüsalə Əhmədova: “Bu, beynəlxalq humanitar hüquqda tam təfsilatı ilə öz əksini tapmayıb”

Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Təəssüflə qeyd edirəm ki, silahlı münaqişələr zamanı ”qaçqın" və “məcburi köçkünlərin” müdafiəsi məsələsi beynəlxalq humanitar hüquqda tam təfsilatı ilə öz əksini tapmayıb. Bu səbəbdən də, müxtəlif insan hüquqlarına dair konvensiyaların müddəalarını şərh edərək müəyyən nəticə hasil etmək məcburiyyətində qalırıq. Məsələn, 1951-ci il tarixli “Qaçqınların hüquqi statusuna dair Konvensiya” “qaçqın” anlayışını bu cür müəyyənləşdirir: “irqinə, dininə, milliyyətinə, müəyyən sosial qrupa mənsub olduqlarına və ya siyasi baxışlarına görə təqib olunacaqlarından əsaslı qorxuya düşərək vətəndaşı olduqları ölkədən qaçan və bu qorxu səbəbindən həmin ölkənin müdafiəsindən faydalana bilməyən və ya faydalanmaq istəməyən və ya həmin ölkəyə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxslərdir”. Konvensiyanın 1-ci maddəsindən də göründüyü kimi, bir şəxsin qaçqın statusu alması üçün birinci şərt vətəndaşı olduğu ölkədən kənarda olmasıdır. Bildiyimə görə, Qarabağda yaşayan ermənilərin əksəriyyəti Ermənistan vətəndaşlığına sahib idilər. Belə olan halda, Ermənistanın öz vətəndaşlarına “qaçqın” və ya “məcburi köçkün” statusu verməsi mümkün olmadığı üçün, üçüncü bir ölkədən sığınacaq alma hüququ müəyyən şərtlərə bağlı yarana bilər.

Ancaq BMT Qaçqınlar Ali Komisarlığının Əsasnaməsi qaçqın anlayışını coğrafi sərhədlər ilə məhdudlaşdırmadan müəyyən edir. Əsasnamədəki “qaçqın” anlayışı universal xarakter daşıdığından çox vacib olduğunu düşünürəm. Əsasnamə qaçqınları bu cür müəyyənləşdirir: “irqi, dini, milli mənsubiyyəti və ya siyasi əqidəsinə görə təqib olunmaqdan əsaslı qorxuya düşərək vətəndaşı olduğu ölkədən və ya vətəndaşlığı yoxdursa, əvvəlki daimi yaşayış yerindən kənarda olan və bu qorxu səbəbindən öz vətəndaşı olduğu dövlətin və ya hər hansı vətəndaşlığı yoxdursa, əvvəlki daimi yaşadığı ölkənin dövlətinin müdafiəsindən faydalanmaq istəməyən şəxslərdir”. Göründüyü kimi, qaçqın statusu əldə etmək üçün, vətəndaşlığı olan şəxslərə, vətəndaşı olduqları ölkənin müdafiəsindən yararlana bilməmə və ya istəməmə şərti qoyulur, vətəndaşlığı olmayan şəxslərə isə, daimi yaşayış ölkəsinə qayıtmaq imkanının olmaması və ya istəməmə şərti irəli sürülür. Məsələn, şəxs birdən çox ölkənin vətəndaşlığına malik ola bilər. Belə olan halda da, şəxsin qaçqın statusu alması üçün, bu ölkələrin heç birinin müdafiəsindən yararlanmaq imkanı olmamalıdır. Qarabağ ermənilərinə gəlincə, əgər onlar Ermənistan vətəndaşlığına malikdirlərsə, əvvəl də qeyd etdiyim kimi, bu ölkə xaricində üçüncü bir ölkədən qaçqın statusu almaq hüququ müəyyən şərtlərə bağlı yarana bilər, hansı ki, bunu az ehtimal edirəm. Əgər vətəndaşlıqları yoxdursa, yalnız o zaman Azərbaycana qarşı hər hansı bir iddia irəli sürülə bilər. Hər bir halda şəxsin “təqib olunma qorxusu” haqlı səbəbə əsaslanmalıdır".

Qarabağdan köçən ermənilərin öz əmlakları üzərində sərəncam vermək hüququna gəlincə, ekspert əlavə edib ki, onların bu hüququ əllərindən alınmayıb: “Şəxsi əmlak beynəlxalq humanitar hüquqla tam qorunur. Məlumdur ki, Azərbaycan hökuməti erməni vətəndaşlara ”mənfi ayrı-seçkiliyə məruz qoymadan humanist rəftar, hərbi əməliyyatların təsirindən ümumi müdafiə, münaqişədən əvvəlki vəziyyətin qorunması, ərazidən məcburi çıxarmama, ərazini istəklərinə görə tərk etməyə şərait yaratma, yardımlardan faydalanmaq" kimi hüquqları təmin edib. Əsasən də, Sovet İttifaqı dönəmindən Qarabağda məskunlaşan ermənilərin hüquqlarının tam təmin olunacağını düşünürəm. Hazırda Qarabağdan köçən erməni vətəndaşlarının böyük əksəriyyəti 90-cı illərdəki işğaldan sonra əraziyə yerləşdirilən şəxslərdir. Nəzərinizə çatdırım ki, Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsinə görə, işğalçı dövlətin öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə yerləşdirməsi motivindən asılı olmayaraq qadağandır və Konvensiyanın ağır pozuntusunu təşkil edir. Bu hal isə, bütövlükdə Ermənistan dövlətinin məsuliyyətinə gətirib çıxarır".

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov isə deyib ki, Qarabağdan Ermənistana, oradan isə xaricə köçən ermənilər bəlli məsələdir ki, yaxşı həyat yaşamağı qarşılarına məqsəd qoyublar: “Onlar 30 il ərzində Qarabağda separatçıların girovuna çevrilmişdilər. Əhali ilə doğru-düzgün rəftar olunmurdu. Qarabağ ermənilərinin xaricə köç etməsindən danışarkən deyib. Qarabağdan könüllü çıxan ermənilərin qaçqın statusu əldə edərək xaricdə yaşayacağı ilə bağlı təsəvvürlərin yanlış olduğunu deyən politoloq bildirib ki, beynəlxalq hüquqa görə, onlar qaçqın sayılmır. Qarabağda yaşayan ermənilərin orada qalmasının səbəbləri ondan ibarət idi ki, yerli sakinlər müxtəlif vədlərlə aldadılıb. Hazırda onların çox hissəsi Ermənistandadır. Məlumatlara görə, həmin şəxslər gələcəkdə harada yaşayacaqlarını götür-qoy edirlər. Harada yaşayacaqlarından asılı olmayaraq, onlar qaçqın kimi qəbul edilməyəcək. Xarici ölkələrlə yanaşı, Ermənistanın özündə də qaçqın statusu ala bilməyəcəklər. Beynəlxalq hüquqa görə, Qarabağdan köçən ermənilər qaçqın sayılmır. Çünki Azərbaycan onları qovmayıb, güclə çıxartmayıb. Könüllü şəkildə bölgəni tərk ediblər. Bunlarla bağlı Azərbaycanın əlində çoxlu dəllilər var. Onlardan müsahibələr alınıb. Ermənilər bildiriblər ki, bu addımı könüllü şəkildə atırlar. Separatçıların bölgədə qurduqları mühit ona gətirib çıxardı ki, ermənilər Qarabağdan faktiki olaraq bu separatçıların əlindən qaçdılar. Düzdür, indi hər hansı yalanlar və bəhanələr uydura bilərlər. Hər halda bu zorla qovulma və etnik təmizləmə deyil”.

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR