İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrəvan rəsmi bildiriş göndərməyib” - Peskov

825 23.02.2024 16:37 Son xəbər A A

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Zvezda” telekanalına danışıb.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik. İstənilən halda detalları başa düşmək çox vacibdir. Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan Fransa mediasına müsahibəsində Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR