İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Kremlə üsyan etdi: Mirzoyandan Lavrova sərt zərbə

1849 21.01.2026 19:28 Dünya A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın XİN rəhbəri Sergey Lavrovun ölkə ilə bağlı səsləndirdiyi fikirlərə kəskin cavab verib.

Musavat.com xəbər verir ki, Mirzoyan parlamentdə çıxışı zamanı Lavrovun Gümrünin meri Vardan Qukasyanın guya siyasi baxışlarına görə həbs edilməsi ilə bağlı açıqlamasını açıq şəkildə təkzib edib.

Nazirin sözlərinə görə, Ermənistanda siyasi fəaliyyətə görə cinayət təqibi aparılmır və bu barədə deyilənlər reallığı əks etdirmir. Mirzoyan vurğulayıb ki, belə bir hal mövcud olsaydı belə, xarici dövlət rəsmilərinin bunu şərh etməsi Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilərdi.

Bu bəyanat İrəvan–Moskva münasibətlərində artan gərginliyin növbəti açıq epizodu kimi dəyərləndirilir. Son aylarda Ermənistan rəsmilərinin Rusiya ilə bağlı tənqidi çıxışları fonunda Mirzoyanın açıqlaması Kremlə ünvanlanan ən sərt siyasi mesajlardan biri sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR