İnsanlara hürriyət, millətlərə istiqlal!

“İravunk” İrəvan seçkiləri ilə bağlı elə bir məlumat yaydı ki...

756 12.09.2023 14:06 Region A A

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə namizədliyi irəli sürülmüş bəzi siyasi qüvvələr artıq seçki mübarizəsinə getdiklərinə görə peşman olublar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına görə, “Ədalətli Ermənistan” partiyasından merliyə namizəd Norik Norikyan partiyalarının mövcud hakimiyyətə qarşı geniş konsolidasiya naminə geri çəkilməyə hazır olduğunu bəyan edib.

“Vahid Ermənistan” partiyasından merliyə namizəd Yervand Tarverdyan hakimiyyəti təbliğatı dayandırmağa və milləti, bütün siyasi və ictimai qüvvələri birləşdirməyə çalışmağa çağırıb.

“Eyni fikirdə olan başqa qüvvələr bunu bəyan etməyə cəsarət etmirlər. Bundan əlavə, onlar artıq xərclənmiş pul və resurslara görə təəssüflənirlər”, - deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR