İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Rusiya birgə avtomobil istehsal etməyi planlayır- Yeni faktlar

506 21.12.2022 15:34 Region A A

 

Qərb mediasında İranla Rusiyanın yeni layihələr üçün əməkdaşlıqları barədə  məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat yayan  “Forbes” bildirib ki, Rusiya və İran şirkətləri beynəlxalq sanksiyalar fonunda avtomobillərin birgə istehsalına dair danışıqlar aparılıb.

 Avtomobil istehsalı sahəsində əməkdaşlıq iki ölkənin bir-birinə yaxınlaşdığı bir neçə biznes sahələrindən yalnız biridir. Bazar ertəsi Rusiyanın dövlət bankı ”VTB” Rusiya və İran arasında transsərhəd pul köçürmə xidmətləri göstərməyə başlayacağını bildirib. İyul ayında İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın enerji nəhəngi "Qazprom" İranda neft və qaz yataqlarının işlənməsi və mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi üzərində işləmək üçün təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıb. Bir həftədən az bir müddət əvvəl İranın sənaye, mədən və ticarət nazirinin müavini Manuchehr Manteghi bildirib ki, Rusiya ilə sərnişin təyyarələrinin birgə istehsalı ilə bağlı da müzakirələr aparılıb.

Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vasiliy Nebenziya isə qeyd edib ki, İranın pilotsuz təyyarələri ilə bağlı iddialar saxta və yalandır.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Ned Prays Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin verilməsi iddiasını təkrarlayıb və bu hərəkətin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR