İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sabiq prezidenti hökumətə səsləndi: “Get xalqı dinlə”

1041 06.01.2023 14:36 Region A A


İranın sabiq prezidenti Mahmud Əhmədinejad davam edən etiraz aksiyalarına münasibət bildirib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, sabiq prezident xalqın səsinin eşidiləcəyinə ümidli olduğunu bildirib:

"Ümid edirəm ki, xalqın səsini eşidəcəklər, tez hərəkətə keçəcəklər. Xalqa qarşı repressiyalara sərf etdikləri vəsaiti insanların problemlərini həll etməyə xərcləsələr, məsələlərin bir çoxu həll olunar”.
Sabiq prezident bildirib ki, səlahiyyətli şəxslər xalqı dinləməlidir:

“Xalqla görüşsünlər, inanılmış şəxslərdən məlumat alsınlar. Xalqı əzən, üsyana vadar edən, təhqir edən, üsyankara çevirən və bu ölkədə şeytanın istəyini həyata keçirmək istəyən təhlükəsizlik qüvvələrindən məlumat almasınlar.

Xalqın çətinliyi var, get onu dinlə. Hamıya əks-inqilabçı damğası vurmaq olmaz. Xalqın əksəriyyəti ölkə idarəçiliyindən narazıdır. İslahat aparın, dəyişin, düzəldin. Xalqla birlikdə olun! Ziyan etməzsiniz, bunun özünüzə də xeyri var, ölkəyə də xeyri var. Ola bilsin ki, sabah öhdəsindən gəlmək artıq mümkünsüz oldu",-deyə Əhmədinejad bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR