“İranın Naxçıvana dronlarla hücumu beynəlxalq hüquq normalarının və Azərbaycan Konstitusiyasının pozulmasıdır”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat-com-a açıqlamasında belə deyib. Deputat bildirib ki, İranın bu hərəkəti yolverilməzdir və İran buna görə izahat verməlidir.
“İran tərəfindən bu hərəkətinə görə Azərbaycandan üzrxahlıq etməsi və bir daha Azərbaycana qarşı belə hərəkətlərinin təkrar edilməyəcəyi öhdəliyini gözləyirik”- deyə A.Mirzəzadə vurğulayıb.
Deputat qeyd edib ki, "artıq müvafiq rəsmi strukturlar Azərbaycanın öz suveren hüquqlarını qorumaq hüququnu özündə saxlayır” bəyanatının da nəzərə alınması lazımdır:
“Azərbaycan öz suverenliyini, ərazi bütövlüyün qorumaq gücündədir. Bunu hər kəs nəzərə almalıdır”.
Etibar Seyidağa,
Musavat.com






