İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan heyrətamiz riyakarlıq - “Məzlum fələstinlilərin hüquqları” indimi yada düşdü?

1883 05.04.2023 20:27 Gündəm A A

Müsəlman Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törətmiş faşist Ermənistanın sadiq dostu İran mübarək Ramazan ayında da öz müsəlman qonşusuna pisliyindən qalmır. Bu gün İran parlamenti İsraildə səfirlik açdığımız üçün utanıb-eləmədən 210 səslə ölkəmiz əleyhinə bəyanat qəbul edib.

Bəyanatda səfirliyin açılması “məzlum fələstinlilərin fundamental hüquqlarının pozulması” kimi qələmə verilir və bütün müsəlman ölkələri, habelə İslam Əməkdaşlıq Təşkilatı Bakının bu addımını qınamağa çağırılır.

Sənəd adlanan cızma-qarada ölkəmizə qarşı həqarət və hədələr də yer alıb. Bildirilir ki, bu faktın “Azərbaycan üçün çoxlu mənfi siyasi nəticələri olacaq”. Eyni zamanda, İran XİN-ə bununla bağlı “zəruri addımlar” atmaq tövsiyə edilib.

Britaniya səfiri İran XİN-ə çağırıldı » Gundelik-Baku.Com

Həmin “addımlar” artıq atılır. İsraildə səfirliyimiz açılandan cəmi bir gün sonra Təbrizdəki Baş Konsulluğumuz önünə bir qrup öyrədilmiş adam göndərilib və onlar konsulluğun qapadılmasını tələb ediblər.

Beləcə, İran rejimi növbəti absurda imza atıb. Əslində isə söhbət riyakarlığın ifrat nümunəsindən gedir. Niyə?

Əvvəla ona görə ki, Azərbaycan Fələstində də eyni vaxtda öz elçiliyini açıb. Xarici işlər naziri nazirimiz Ceyhun Bayramov Ramallahda olub və Administrasiya rəhbərliyi tərəfindən isti qarşılanıb. Bakıya heç bir rəsmi irad-zad da bildirilməyib. Bu fonda İranın özünü “yuyulmamış qaşıq” kimi ortaya atıb guya fələstinlilərə can yandırmasının səbəbi əlbəttə ki, ümmət maraqları deyil, dövlət maraqlarıdır.

Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın  icrasını ləngidir" - 09.08.2022, Sputnik Azərbaycan

Fars-molla rejimi sadəcə, Azərbaycanın İsrail kimi sadiq dostları hesabına daha da güclənməsini istəmir, Güney Qafqazın açar ölkəyə çevrilməsini, öz torpaqlarını azad eləməsini sinirə bilmir. Bunu hər şeydən öncə Güney Azərbaycan üçün (haqlı olaraq!) “pis nümunə” hesab edir.

Sinizmə bax. Dünya müsəlmanları adından danışmağa İrana kim haqq verib? Bütün müsəlman dünyası bilir ki, İsrail müsəlman Azərbaycan torpaqlarının erməni işğalından qurtulmasına hər cür kömək göstərdiyi halda, “müsəlman” İran bunun əksini edib – salamat qalmış məscidlərimizdə donuz saxlayan təcavüzkar Ermənistan üçün “nəfəslik” rolu oynayıb, ona hər cür köməklik edib, o cümlədən hərbi xarakterli.

Bu dəstək tam həcmdə indi də davam edir. Yeri gəlmişkən, molla rejimi bu günədək ermənilər tərəfdən Qarabağdakı 67 məsciddən 65-nin dağıdılmasını pisləməyib. Biz hələ Tehranın digər erməni vəhşilikləri və vandallıqlarına qarşı davam edən heyrətamiz susqunluğunu demirik. Bəs məzlum Azərbaycan xalqının hüquqları harda qaldı?!

Dağıdılmış Ağdam Qarabağın həyatla coşub-daşan ən böyük şəhərlərindən biri  olacaq - "İki sahil"

Üstəlik, sərhədlərin toxunulmazlığını əlində bayraq edən, Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” sayan İranın (nədənsə bu “qırmızı xətt” Azərbaycan əraziləri işğalda olanda yadına düşmədi) əlindən gələni edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Hələ harasıdır, İranın rəsmi və qeyri-rəsmi şəxsləri, ordu generalları, KİV-ləri az qala hər gün dövlətimizi və xalqımızı hədələməklə, aşağılamaqla məşğuldurlar.

İkincisi, Azərbaycandan xeyli öncə - 2020-ci ildən İsraildə Ermənistan səfirliyi fəaliyyətə başlayıb. Amma biz ötən müddətdə Tehran dövlətinin, onun parlamentinin İrəvana bir dəfə də olsun, irad tutmasının, erməniyə “gözün üstdə qaşın var” söyləməsini görmədik. Yenə əksinə, İran-Ermənistan qardaşlığının daha da güclənməsinin şahidi olduq. “Məzlum fələstinlilərin hüquqları” indimi yada düşdü?

İddia Ermənistan və İranın gündəminə bomba kimi düşdü - İsrailə qarşı  birləşdilər


Üçüncüsü, Tehran rejimi hansı haqla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və İslam həmrəliyindən dəm vurur, əgər özü zaman-zaman İƏT qərarlarına, o sırada qurumun işğalçı Ermənistanla bağlı qərarlarına daim biganə yanaşıbsa? Acı gerçək həmçinin budur ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı işğal səbəbilə Ermənistanla diplomatik əlaqələri dayandırdığı, qardaş ölkə sərhədləri bağladığı halda, İran təcavüzkar üçün əs xilaskar qismində çıxış edib. Müsəlman Azərbaycana qarşı Ermənistanın ayaqda qalmasını təmin edib.

İran Ermənistanın mövqeyindən narahatdır” – Erməni ekspert - Press Klub

Nəhayət, Ermənistanı qorumaq, himayə eləmək, başını sığallamaq azmış kimi, İran adlı dövlət, üstəgəl, Azərbaycan daxilində terroru dəstəkləyir, Tehrandakı səfirliyimizə xain terror hücumu təşkil edir, ardınca qatil-terrorçunu “dəlixanaya” salıb qoruyur. Kimin gözünə kül üfürürlər görəsən? Gözə kül üfürmək, başqasının gözündə tük axtarmaqdansa, yaxşı olar molla rejimi öz gözündəki tiri götürsün. Həm də tələssin bir az.

Fələstin xalqının dərdini çəkənlərə bax. Heç olmasa, mübarək Ramazanda yalanlar üyütməyin. Allahdan qorxun...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR