İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı aksiyalarda 69 uşaq öldürülüb, 43 vəkil həbs olunub- STATİSTİKA

257 23.12.2022 15:35 Region A A

İranda molla rejiminə qarşı aksiyalarda öldürülən uşaqların sayı 69-a çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Human Rights Activists News Agency” yayıb. Məlumatda bildirilir ki, etirazlarda öldürülənlərin sayı 506, bunlardan 69-u uşaqdır, 66-si hökumət qüvvəsidir. İndiyədək 18.477 nəfər həbs edilib ki, bunlardan da 4.025-nın şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanaların 655-si tələbədir. Bu günədək 11.96 aksiya keçirilib. 161 Şəhər və 144 universitet aksiyalarda iştirak edib.

SEPAH-ın Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hüseyn Tayib isə bütün bunların fonunda bildirib ki, İslam dövləti hicab və ictimai məsələlər kimi məsələlərə biganə qala bilməz, lakin əxlaq polisi kimi keçmiş üsullar işə yaramır və lazımi araşdırmalar aparılmalıdır.

İranda məhbusların vəziyyətini araşdıran komitə bildirib ki, ümumxalq etirazlar başlayandan bəri həbs edilən vəkillərin sayı 43-ə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR