İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yüzlərlə etirazçıya 10 ilə qədər həbs verilib- Faktlar

337 29.12.2022 14:20 Region A A

 

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Twitter səhifəsində yazıb ki, İran məhkəmələri yüzlərlə dinc etirazçıya 10 ilə qədər həbs cəzası verib.

Musavat.com xəbər verir ki, Robert Mali onu da qeyd edib ki, İranda bir çox dinc nümayişçi edam təhlükəsi ilə üzləşib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi sözçüsü Ned Prays isə qeyd edib ki, İranda bəhailərin hədəf alınmasına son qoyulmalıdır.

“İ24 News” məlumat yayıb ki, Osloda yerləşən İran İnsan Haqları (IHR) təşkilatı rejim əleyhinə etirazlara görə edam olunacağı bildirilən 100 nəfərin adlarını açıqlayıb. Bir çox saxlanılanın ailəsi səssiz qalmağa məcbur edildiyindən bu rəqəmin minimum olduğu, real göstəricinin daha yüksək olduğu bildirilib.

“The New Arab”-dan verilən məqalədə qeyd edilib ki, Fransa hakimiyyəti İranda ölümcül etiraz aksiyalarına daha çox diqqət yetirmək üçün özünü öldürəcəyini deyən bir iranlının ölkədə ölümünü araşdırır. Polisin AFP -yə verdiyi məlumata görə, Məhəmməd Moradi Lion şəhəri ərazisindən axan Rhone çayında tapılıb. O, çayın sahilindəki təcili yardım xidmətləri tərəfindən həyata qaytarıla bilməyib. "Polis insanlara hücum edir, biz çoxlu oğul və qızlarımızı itirmişik, nəsə etməliyik... Mən Rona çayında intihar etmək qərarına gəldim. Bu, bizim İran xalqına çox yorulduğumuzu göstərməkdir”,-deyə Moradi çəkdiyi videoda bildirib.

“The New York Times” xəbər saytı yazır ki, iğtişaşlarda İran hökumətini tənqid edən məşhur iranlı sabiq futbolçu Əli Dayinin ailəsinin uçduğu təyyarə dayandırılıb və  onun İranı tərk etməsinə mane olublar. Bundan əvvəl, sözügedən futbolçunun biznesini bağlatdıran İran hökuməti beləliklə, tənqidçi aktyorlar, idman ulduzları və digər məşhur şəxslərə təhdidkar mesaj ötürmək istəyir. Xəbərdə qeyd olunur ki, sözügedən təyyarənin məxsus olduğu “Mahan Air” avia şirkətinin adı İranın Hizbullah, Suriya və Venesuelaya silah-sursat göndərməyi ilə hallanıb və bu səbəbdən, ABŞ tərəfindən avia şirkətə sanksiya tətbiq olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR