İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda terror aktında əli olanların bir neçəsi saxlanılıb

759 05.01.2024 18:54 Dünya A A

İranın daxili işlər naziri Əhməd Vahidi Kirman əyalətində törədilən terror aktında iştirak edənlərin həbs olunduğunu açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərini IRNA agentliyi sitat gətirir.

“Kəşfiyyat sistemləri yaxşı ipucları tapa bilib. Bu hadisədə iştirak edən bir neçə nəfər saxlanılıb və onlar haqqında məlumat daha sonra təhlükəsizlik orqanları tərəfindən açıqlanacaq”, - Vahidi deyib.

Terror aktı nəticəsində 89 nəfərin öldüyü, onlardan 12-nin 15 yaşından kiçik uşaq olduğu dəqiqləşib. Ümumilikdə 284 nəfər yaralanıb.

Bundan əvvəl İranda törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR