İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezident seçkilərinə hazırlıqlar başladı

564 26.05.2024 11:30 Dünya A A

İranda hakimiyyətin üç qolunun- icraçı, qanunvericilik və məhkəmə hakimiyyətinin rəhbərləri prezident seçkilərinə hazırlıq məqsədilə xüsusi iclas keçiriblər.

Musavat.com xarici agetliklərə istinadən xəbər verir ki, hin görüşdə müvəqqəti prezident Məhəmməd Mühbər, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni Ecei iştirak edib. Müvəqqəti prezidentin sədrliyi ilə keçirilən iclasda daxili işlər naziri Əhməd Vahidi də yer alıb.

Görüş şənbə günü Mühbərin evində baş tutub.. İran rəsmi agentliklərinin yaydığı xəbərə əsasən, burada ölkə prezidenti İbrahim Rəisinin ölümündən sonra iyunun 28-nə təyin edilmiş seçki müzakirə olunub.

Görüşdən sonra seçkilərin keçirilməsinə cavabdeh olan Daxili işlər nazirliyi və Konstitusiyaya əsasən namizədləri yoxlayan Mühafizə Şurasına müraciət qəbul edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR