İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda nə baş verir: İnqilablarda niyə heç nə əldə edə bilməmişik?

1429 21.12.2022 12:35 Region A A

Güney Azərbaycanda baş verən son hadisələrdə soydaşlarımız fəal və aktiv şəkildə iştirak etsələr də, hələ ki bütün gücləri ilə iştitak edə bilmirlər. Onun da səbəbini belə izah etmək olar ki, tarix boyu İran adlanan ərazidə baş verən inqilabların əsasında azərbaycanlılar dayansalar da, imperialist qüvvələr tərəfindən idarə olunan  müəyyən və məlum siyasi oyunlar səbəbilə həmin inqilabların qurbanlarına  çevriliblər. Nəticə olaraq da əldə olunanların heç biri Azərbaycan və azərbaycanlının xeyirinə olmayıbdır. Ona görə də Güneydə yaşayan soydaşlarımız baş verən inqilab və etirazların hər hansı dəyişikliyə səbəbə olacağına o qədər də inanmırlar. Eyni zamanda unutmaq lazım deyil ki, İran adlı dövlət min illiklər boyu Azərbaycan Türklərinin qurduğu, qoruduğu və yaşatdığı dövlət olub. O səbəbdən də soydaşlarımız İran dövlətini hər zaman öz dövlətləri kimi bilib o dövlətin hər hansı bir şəkildə parçalanmasına müsbət baxışla baxmayıblar.

555.jpg (12 KB)

Ancaq bugünkü reallıq tamamilə başqadır. Səfəvi və Qacar sülalələri tərəfindən qurulan və idarə edilən İran bu günki İranla mahiyyət etibarilə ciddi şəkildə fərqlənir. Səfəvi və Qacarların idarə etdiyi İran türk məzkəzli və türk təfəkkürlü bir dövlət idi ki, bu günki bütün tarixi torpaqlarımizi həm əhatə edirdi, həm də həmin ərazilərdə Azərbaycan türklərinin milli, mədəni və mənəvi dəyər və varlıqlarını müxtəlif formalarda yaşadır və təbliğ edirdi. Üzü Kəngər körfəzindən Dəmir qapı Dərbəndə və Xorasandan Tokata qədər azərbaycan türklərinin mədəniyyəti qalib və hakim mədəniyyət kimi yaşamaqdaydı. Həmin ərazilərdə yaşayan azsaylı xalqlar da o cümlədən fars xalqı da o möhtəşəm mədəniyyətin təsiri altında idilər. Halbu ki, bugünkü İran adlanan ərazidə  fars şövonizminin əsaslarını özünə siyasi kurs kimi təyin edərək yüz ildən artıqdır ki,  Azərbaycan türklərinin milli, mədəni, iqtisadi və tarixi dəyərlərini saxtalaşdıraraq tamamilə təhrifə uğradır. Siyasi təzyiq o dərəcəyə çatıb ki, İran adlanan ölkədə türk dilində danışmaq belə bir fərdin təhqir edilməsinə və cəmiyyət qarşsıında alçalmasına kifayət qədər şərait yarada bilirdi. Təməli  Rza şah hakimiyyəti tərəfindən qoyulan, davamı molla rejimi tərəfindən mürtəce formada davam edən və dövlətin ən üst məmurlarına qədər müxtəlif deyim və hərəkətləri ilə ümumi yığıncaqlarda belə türkləri təhqir etməkdən çəkinmirdilər. “Türki-xər”* sözü hələ şahlıq dövründən günümüzə qədər fars şövonizmi tərəfindən Azərbaycan türklərinə deyilən və gündəlik istifadə edilən təhqiramiz ifadələrdən biridir.

444.jpg (195 KB)

Məktəblərdə Azərbaycan türkcəsinin tədris edilməsinə qoyulan qadağalar, Azərbaycan musiqi və incəsənətinə qarşı aparılan siyasi-ictimai kompaniya və təziqlər, azərbaycan tarixi və milli simgələrinə qarşı aparılan təxribat və təhrifatlar soydaşlarımızı həmişə narahat edib və dəfələrlə bu qəbildən olan məsələlərlə bağlı öz etirazlarını müxtəlif formalarda ifadə ediblər.  Onlar başa düşürlər ki, farş şovinizmi tərəfindən yönəldilən və antitürk əməlləri ilə məşhurlaşan iran dövlətçiliyinin azərbaycanlılara verə biləcək heç bir geosiyasi və ya geoiqtisadi faydası olmayacaq.  Eyni zamanda İranda yaşayan xalqlar içində həm faktiki yaşadıqları ərazilərə, həm də say etibarilə birinci yerdə olduqlarına baxmayaraq, hakimiyyətlər tərəfindən hüquqlarının tanınmaması onları öz ata-baba yürdlarında, öz tarixi torpaqlarında məhbus və məğmun duruma salıb. Bu narazılıqların nəticəsi olaraq Güneydə yaşayan soydaşlarımızın bu günki İran adlanan dövlətə bağlı qalmaqları faktiki olaraq artıq mümkün deyil.

Digər tərəfdən, Səttarxan hərəkatından bu günə qədər Güneydə apardığımız milli mücadilələrin arxasında Azərbaycan türklərinə siyasi baxımından dəstək ola biləcək heç bir dövlət və ya siyasi şüur yox idi. Ona görə də Güney torpaqlarımızda baş verən etiraz və inqilabların, o cümlədən Səttarxanın məşrutə inqilabı, Xiyabaninin “Azadistan”, Pişəvərinin “21 Azər” hərəkatı və son olaraq Azərbaycan türklərinin başlatdığı 1978-ci “İran inqilabı” fars şovinizmi tərəfindən ya dağıdıldı ya da molla rejimi tərəfindən ələ keçirildi. Görünən odur ki, farslar Fransa, Rusiya və Amerika kimi dövlətlərin antitürk siyasətlərinin Orta Şərqdəki maşaları kimi yüz illərdir ki, ermənilərlə bərabər fəaliyyət göstərirlər.

333.jpg (30 KB)

Məsələ burasındadır ki, bu günün reallığı tamamilə qeyd etdiyim dövrlər ilə fərqlənir. Arazın şimalında müstəqilliyini əldə edən müstəqil Azərbaycan Respublikası bu günə qədər var olan bütün siyasi oyun və hilələri darmadağın etməyi bacardı. Bu isə xüsusilə də tehran rejiminin müstəqil Azərbaycana olan düşmənliyini biraz da artırdı. İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin və dəstəyinin əsas səbəblərindən biri irqçilikdir. Bu mənada Qaregin Njdenin irqçi "Tseqakron" nəzəriyyəsi və onun azərbaycanlılara qarşı törətdiyi qətliamları ilə “Azərbaycan İranın bədənində bəd xassəli şişdir, onu kəsib atmaq lazımdır” kimi fikirlər, 1946-cı ildə “21 Azər hərəkatı”nın süquta uğramasından sonra Tehran rejimi tərəfindən Güney Azərbaycanda milli fəallara divan tutulması həm də bu nifrətdən və özlərini başqa xalqlardan üstün tutmaq hikkəsindən qaynaqlanır.

Odur ki, rəsmi ideologiyaları və siyasətləri şovinizmdən yoğurulmuş İran və Ermənistan təbii müttəfiqlərdir. Tehran 21-ci əsrdə də dünyaya hələ də İran-Turan prizmasından baxır. Təbii ki, müstəqillik əldə etməyimizi görən fars, fransız,erməni və rus siyasi mərkəzləri Qarabağı 30 il işğalda saxlamaqla günü-gündən inkişaf edən və böyüyən Azərbaycançılıq təfəkkürünün qarşısına daş atmağa çalışdı. İranın Qarabağ ərazisindən narkotransfer zolağı kimi istifadə etməsi, rus-erməni dairələrinin Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin talaması və Azərbaycanlıların bütün ev, məscid və tarixi abidələrinin dağıdılması artıq hər kəsə məlumdur. Ancaq şükürlər olsun ki, dünya azərbaycanlılarının Lideri, Ali Baş Komandanın yürütdüyü qətiyyətli və sağlam siyasətin nəticəsi olaraq 27 sentyabr 2022-ci ildə əks-hücumla başlanan “ikinci Qarabağ müharibəsi” bütün bu işğal və təcavüzlərə son qoya bildi. Bu isə son iki yüz ildə əldə etdiyimiz bəlkə də yeganə ümumilli qələbə idi. Torpaqların işğaldan azad edilməsi dünyada yaşayan 60 milyondan artıq soydaşımızı həmrəy edə bildi. Hər kəs harda yaşamasından asılı olmayaraq dövləti və ordusu üçün nəsə etməyə çalışdı. Ali Baş Komandanı və ordusuna öz dualarını göndərir, sevinc hissi yaşayırdı. Artıq dünyada yaşayan hər bir soydaşımız özünü müzəffər və qalib ölkənin soydaşı kimi görür, qürur hiss keçirirdi. Soydaşlarımız anladı, bildi və əmin oldu ki, onların arxasında böyük idealarla zəfərlərə doğru hərəkət edən Prezidenti, və müzəffər Ordusu var. 

2223.jpg (217 KB).

 Ona görə də dünənə kimi fars şovinizminin basqısı altında Azərbaycan türkcəsində danışmaqdan qaçan, utanan və hətta özünü bəzən Azərbaycanlı adlandırmaqdan çəkinən soydaşlarımız bu gün o şovenizmin məmurlarının üzünə azərbaycan dilində hayqıraraq öz milli-mənəvi haqlarını tələb etməkdən bir addım da geriyə atmır, atmayacaq da. Güneydə yaşayan soydaşlarımız inandı və iman gətirdi ki, artıq Azərbaycan dövləti və xalqı onların daim himayəsinə qalacaq sarsılmaz bir siyasi şüuru formalaşdıra biliblər. Bu isə Güneydəki soydaşlarımıza mənəvi qüvvət verdi. Artıq 3 aya yaxındır ki, onlar fars-molla rejiminin qarşısında duruş gətirərərk öz milli-mədəni haqlarını tələb edirlər. Bu etirazlara bu günə qədər 160 şəhər və kəndimiz qatılmış, 200-ə yaxın şəhidimiz və 15 mindən artıq da məhbusumuz var. Hər gün də edama məhkum edilən soydaşlarımızdan gələn xəbərlər də onu göstərir ki, fars-molla rejiminin Azərbaycanlılara qarşı yürütdüyü cinayətləri bundan sonra daha da amansız şəkildə davam edəcək. Bu isə soydaşlarımızın müdafisənin təşkilində başlatdığımız missiyanın daha ciddi və sistemli şəkildə irəli aparacağımıza dair bizə vacib bir göstəriş olmalıdır. İran İslam Respublikası adlanan qurama dövlətdə rejimin Vətənimizin cənubunda soydaşlarımıza qarşı törətdiyi qanlı əməlləri, ölkəmizə qarşı düşmənçilik hərəkətləri, ərazimizə terrorçuları göndərməsi göstərir ki, bu ölkə ərazicə böyük olduğundan masa arxasında otura bilmir, rəhbərləri isə soydaşlarımızın hüquqlarını təmin etmək məqsədilə islahatlar aparmaq iradəsində və təfəkküründə deyildir. İranda rejimlər dəyişsə də, azərbaycanlılara olan düşmən münasibət davam edir. Bəs çıxış yolu nədir? Nə etməli və necə etməli?  İlk növbədə, tarixin təcrübəsinə nəzər yetirmək gərəkdir. Tarixən belə ölkələri masa arxasında yerləşdirmək üçün onlarla başa düşdüyü dildə danışıblar və münasib həcmə salıblar. İran hakmiyyətinin davranışları da ona aparır. Problemin həlli Cənubun müstəqilliyindən keçir...

000.jpg (104 KB)

Sözsüz ki, soydaşlarımıza verilən ikinic mənəvi qüvvət də Türkiyə dövlətindən gəldi. Türkiyəni Azərbaycan dövlətinin yanında strateji müttəfiq kimi dayanması, Şuşa bəyannaməsinin imzalanması və bu işbirliyinin məhsulu olaraq yaranan “Türk Dövlətləri Təşkilatı”-nın Güneyli soydaşlarımızda yaratdığı inamım həddi-hüdudu yoxdur. Soydaşlarımız ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda cənab Prezident İlham Əliyevin çıxışına və  suallara verdiyi cavablara AzTV-də diqqətlə baxıblar. Dünyanın harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı soydaşımız həmin konfransda səslənən ali mesajları almışdır. Həmin Konfransda dövlətimizin keçdiyi tarixi yol, bu günümüz və gələcəyimiz ilə bağlı bütün suallara  mükəmməl cavablar vardır. Dövlət başçısı daxili siyasətində örnək yaradan, dünya siyasətində rolu artan, Qafqazlardan Balkanlara, Yaxın, Orta Şərqə, Afrikaya qədər nüfuzu genişlənən güclü Azərbaycan  Respublikası dövlətinin obrazını yaratdı, siyasətini ustalıqla izah etdi. Ən başlıcası, ölkə rəhbəri bölünmüş vətənimizin cənub tayındakı soydaşlarımızın  hüquqlarının müdafiəçisi olduğunu bir daha açıq bəyan etməklə onların tək olmadığını, özünün dünya azərbaycanlılarının lideri olduğunu göstərdi.  Prezidentin aşağıdakı fikirləri bütün dünya azərbaycanlıları üçün yol xəritəsidir:

      "...indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.  Mən başqa bir misal da gətirə bilərəm: Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi var. İranda  erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir."  

66677.jpg (47 KB)

Bəli, tarixi günlər yaşayırıq. Bayrağımızın tarixi vətən torpaqlarımızın digər yerlərində də dalğalanacağı günlərin astanasındayıq. Bunun da yolu güclü millət və qüdrətli dövlətdən keçir. Güneylilər artıq əmindirlər ki, onların haqlı etiraz və inqilabılarına dəstək verəcək güclü Türk Dövlətləri Təşkilatı vardı. Bu isə onların əzmi və iradələrini gücləndirir. Anacaq iki vacib mənələ də vardır ki, onlara toxunmamaq və diqətdən kənarda qalması olmaz:

Birincisi, Güney Azərbaycan dediyimiz terminin arxasında heç bir siyasi tarix dayanmır. Yəni ki, yuxarıda da qeyd etdiyim kimi tarixdə İran ərazisi azərbaycanlıların olub deyə onlar faktiki olaraq İranın hər tərəfində yaşamaqdadırlar. Arazı kənarındaki şəhər və kəndlərdən tutmuş Xorasan, Tehran, İsfahan, Kürdistan və Şiraza qədər azərbaycanlılar yaşayırlar. İrandaki azərbaycanlıların statistikasını müəyyən etdikdə onları  da qeyd edirik. Belə olan təqdirdə  Güney Azərbaycan dediyimiz və müstəqillyi üçün çalışdığımız ərazilərin sərhədlərinin doğru şəkildə təyin etməsi olduqca həssas və çətin işdir. Unutmayaq ki, Rza şah və onun oğlu Məhəmmədrza şahın dönəmində azərbaycan torpaqlarının bir çoxu “Kürdsitan”  əyalətinə daxil edilib. Hansı ki, bu gün ora ərazi olaraq kürdistan adlansa da əhalisinin böyük hissəsi tarixən öz dədə-baba yurdunda yaşayan azərbaycanlılardılar. Eyni hadisə digər ostanlar və ya əyalətlərdə də baş vermişdir. Artıq Azərbaycan adı,  fars-molla rejiminin siyasi oyunlarının nəticəsi olaraq Ərdəbil, Rəşt, Həmədan, Zəncan, Qəzvin, Sınandaş, Ərak, Kərəc, Rey, Tehran və bir çox digər əyalət və şəhərlərimizdən alınmışıdr. Təkvə Təbriz və Urmu şəhərlərinin mərkəzliyi ilə var olan Şərqi və Qərbi Azərbaycan əyalətlətlərinin üzrəində Azərbaycan sözü vardır. Onların da əhali sayı üst-üstə 8 milion və əraziləri də təxminən 84 min kvadrat kilomtrdir. Yəni ki, İran,  fars-molla rejiminin qanunlarına uyğun olaraq Azərbaycan əhalisi və ərazisi sadəcə olaraq qeyd etdiyim kimi təqdim olmaqda və tanınmaqdadır. Ərazilərimizin bir çoxu da ki, digər etniklərin də yaşadığı yer adının içərisinə daxil edilərək ümumiyyətlə bizim əlimizdən alınmağa hesablanıbdır. Təkcə Tehran və Əlborz (Elbrus) əyalətləri və ətraf şəhərlərdə 12 milion azərbaycanlı yaşayır. Eyni zamanda Xorasan, İsfahan, Şiraz, Ərak, Bəndəri-Abbas, Kürdistan və s. ərazilərdə də 10 miliondan artıq azərbaycanlı yaşamaqdadır. 

777.png (573 KB)

Gələcəkdə quracağımız Güney Azərbaycan dediyimiz ərazinin Tehran və ətrafını, eyni zamanda qeyd etdiyim ərazi və əhalini özündə ehtiva etməsə Güneylilərin qura biləcəyi  Müstəqil dövlətin əhalisinin sayı və ərazilərinin həcmi xeyli miqdarda azalmış olar. Sözüm odur ki, Güney Azərbaycan dediyimiz ərazinin hüdudları və rəsmi şəkildə hər kəs tərəfindən tanınan siyasi sərhədləri təyin edilməlidir. Həm də elə təyin edilməlidir ki, bütün ərazi və əhalimizi öz əhatəsinə almış olsun. Pişəvərinin qurduğu Milli Hökumətin ərazisnə Qəzvin, Həmədan, Rəşt, Xorasan,Tehran, Kərəc, Ərak və Kürdistan daxil deyildi. Bu isə bu günki reallıqları nəzərə aldıqda qəbuledilməzdir. Güneyli soydaşlarımızin istəyi odur ki, faktiki yaşadığımız bütün ərazilərdə öz müstəqil və milli dövlətimizi qura bilək. Ona görə də hər şeydən öncə siyasi sərhədlərin doğru şəkildə təyin edilməsi və cəmiyyətə təqdim edilməsi vacibdir.  Elə etməliyik ki, Güney Azəebaycan dedikdə hər kəsin təsəvvürü və gözü qarşısına tam aydın olan vahid bir xəritə gəlsin.

İkincisi, İraqın keçmiş lideri Səddam Hüseynin İraqdan qovduğu kürd xalqının planlı şəkildə Qərbi Azərbaycan ərazilərində yerləşdirilməsi və  Güney Azərbaycanla Türkiyə arasında Kürd terror təşkilatlarının vasitəsilə insani sərhəddlərin yaradılması bu günki Güneyli milli-mədəni fəallarını narahat edən vacib məsələlərdəndir. Tarix göstərmişdir ki, xüsusilə də son yüz ildə xarici qüvvələrin dəstəyi və fasr şovenizminin hər tərəfli yardımı ilə Kürd-Assuri və Erməni birləşmələri dəfələrlə Azərbaycan ərazilərinə hücüm etmiş, çoxsaylı soyqırımlar həyata keçirmişlər. Bu gün də eyni oyunlar davam etməkdədir. Fars- molla relimi çalışır ki, Azərbaycan-Türkiyə və Azərbaycanla İrak arasındaki sərhədləri müxtəlif terror təşkilatları vasitəsilə aradan götürsün. Həmin terror təşkilatlarına edilən maddi , siyasi, hərbi və informasiya dəstəkləri hər kəsə məlumdur. Bunun müqabilində isə bu günə qədrə Güneyliləri ciddi şəkildə dəstək verən hər hansı dövlət və ya qüvvə yox idi. O səbəbdən də qeyd etdiyim terror təşkilatları Güney Azəebaycanın qərb sərhədlərində kifayət qədər özlərinə yer edə bilmişlər. Urmu gölünün planlı şəkildə qurudulması, Kürd və erməniləri terrorçülarını Zəngəzur dəhlizi və Naxçivanla sərhəd olan bölgələrə, o cümlədən Culfa, Salmas, Maku, Bazərgan, Ərdəbil, Biləsuvar və Qaradağa köçürülməsi həmin xain planın tərkib hissəsidir ki, bu gün də ciddi şəkildə həyata keçirilir. Bu isə Güneyin müstəqillyi yolunda həlli vacib olan ən əhəmiyyətli problemlərdəndir.

Həqiqət budur ki, Müstəqil Azərbaycan Respublikası müstəqilliyni bərpa etmədən öncə də, yəni sovetlər dönəmində də müəyyən qədər milli-mədəni haqlara sahib bir Azərbaycan Sovet Sosialist Respublika  idi.  Dövlət bayrağı, dövlət idarə etmə orqanları, Ali məclisə, silahlı qüvvələr, nazirliklər, Ana dilli təhsilə və kütləvi informasiya vasitələrinə sahib idi. Ən baxımlı filmlər məhz o dönəmdə çəkilmiş, ən gözəl əsərlər də o dönəmdə yazılmışdır. Belə olan təqdirdə də Respublikanı müstəqil respublikaya çevirmək o qədər də müşkül görünmürdü. Neft yataqlarının da məhz Bakıda olması, müstəqillyimizin inkişafı və möhkəmlənməsi üçün kifayət qədər yardımcı ola bildi. Eyni zamanda siyasi sərhədlər də bəlli idi. Məlumdur ki, Şimalda əldə etdiyimiz müstəqilliyimziin yolunda xeyli şəhidlər və itgilər vermişik. Ancaq msələ burasındadır ki, siyasi idarə etmənin qurulması o qədər də çətin olmadı. Ancaq Güney Azərbaycanda vəziyyə tamamailə fərqlidir. Nə ana dili məktəblərdə tədris edilir, nə də heç bir milli-mədəni haqlarımız tanınmır. Siyasi sərhədlərimiz məlum deyil və əldə edəcəyimi müstəqillyin qoruması üçün heç bir dövlət idarə etmə sistemi yoxdur. Eyni zamanda İran ərazisində etniklər arasında süni qarşıdurma yaratmağa cəhdləri də müşahidə edilir. Ola bilər ki, tehran rejimi və məlim xarici dövlətlərin dəstəyi ilə Güney Azərbaycanın qərb ərazilərinə silahlı hücumlar həyata keçirilsin. Bu baş verərsə vətəndaş müharibəsi qaçılmaz olacaqdır. Vətəndaş müharibəsi də baş verərsə Güney Azərbaycan ərazisində “ikinci Qarabağ” problemini xalqımıza və dövlətimizə yaşada bilərlər. Görünən odur ki, bu plan var və hər gün biraz da çox o ağrılı günlərə yaxınlaşırıq. Belə olan təqdirdə bütün bu etirazlarımız və başlatdığımız milli inqilabın sonu heç də ürəkaçan olmaya bilər. Sual oluna bilər ki, bəs çıxış yolu nədir?

0987.jpg (59 KB)

Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasını dünyada yaşayan hər bir azərbaycanlının vətəni olduğunu təkidlə qeyd edirdi. Ali Baş Komandan isə xüsusilə də ADA üniversitetində İranda yaşayan soydaşlarımız haqqında dediyi sözlərlə bir daha sübut etdi ki, qurduğumuz müstəqil və müzəffər dövlət dünyada yaşayan hər bir azərbaycanlının, o cümlədən Güneydə yaşayan soydaşlarımzıın dövlətidir. Hər beş ildən bir keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Qurultayları və Qurultayda səslənən fikirlər də bu məsələnin təsdiqidir. Üstəlik, Güneyli soydaşlarımızın təbiri ilə desək bir millətin vahid keçmişi vardırsa vahid gələcəyi də olmalıdır. Dünya azərbaycanlıları artıq öz milli və müzəffər dövlətini qurmuşdur. Bütün tarixi torpaqlarımız və o torpaqlarda yaşayan soydaşlarımızın taleyi də qurduğumuz dövlətin idarəsinə olmalıdır. Azərbaycan bayrağı güneyli-quzeyli hamının bayrağıdır. Mənə elə gəlir ki, Dəmir qapı Dərbənddən Kəngər Körfəzinə qədər olan torpaqlarımızın taleyini məhz Azərbaycan dövləti müsbət bir şəkildə həll edə bilər. Müstəqil Azərbaycan dövləti min illər boyu qurduğumuz imperiyaların, dövlətlərin həqiqi varisidir. Güney Azərbaycan və güneyli soydaşlarımızla sıx əlaqədə olan və onları dərindən tanıyan bir ziyalı kimi deyə bilərəm ki, hər bir güneyli qeyd etdiyim kimi düşünür, onu arzu edir. İranda vətəndaş müharibəsi baş verərsə onu soyqırım və qətliamlardan qurtara biləcək yeganə mərkəz Azərbaycan dövlətidir. Necə ki, bu gün, Müzəffər Ali Baş Komandanımız dünya azərbaycanlılarının haqlarının müdafiə etməsi ilə bağlı yüksət tribunalarda uca səs və iradə ilə çıxış edir, eləcə də əminəm ki, gələcəkdə də nə və necə baş verməsindən asılı olmayaraq güneyli soydaşlarımzıın faktiki yaşadıqları tarixi torpaqlarımızda da təhlükəsizliyinin qorunması məsələsi də ciddi, sistemli və operativ şəkildə həyata keçiriləcək.

33321.jpg (47 KB)

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri,
Güney Azərbaycan Komissiyasının sədri,Yazıçı, tədqiqatçı Sayman Aruz

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR