İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məşhur aktrisa saxlanılıb

1051 17.12.2022 22:25 Region A A

İranda məşhur aktrisa Təranə Əlidusti saxlanılıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Əlidusti etirazları qızışdırmaq ittihamı ilə saxlanılıb.

Aktrisa yalan və təhrif olunmuş məlumatlar yaymaq, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.

Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu ilə dünya şöhrəti qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR