İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda KRİTİK gün: AZƏRBAYCANLI namizədə HÜCUMLAR başladı, Təbrizə QÜVVƏ yeridildi - CANLI

1168 05.07.2024 16:00 Son xəbər A A

İranda prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda birinci turunun lideri, islahatçı və azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili yarışır. İlkin məlumata görə, günortaya qədər səs verənlərin sayı bir həftə öncəki ilk turdakı səslərdən 20 faiz çoxdur.

Prezidentliyə namizəd Məsud Pezeşkian bu gün Tehran şəhərinin Qala Həsən xan bölgəsində yerləşən "Aşura" məktəbində səs verib. Qala Həsən xan bölgəsi Tehranın yoxsul məhəllələrindən sayılır və burada yaşayanların əksəriyyəti türklərdən ibarətdir.

Türk namizədi bölgədə yaşayan azərbaycanlılar, türklər coşqu ilə qarşılayıb, türk dilində "Azərbaycan var olsun, istəməyən kor olsun!" şüarı səsləndirib, xoş gəldin deyiblər.

Səid Cəlilinin seçki qərargahı bölgələrdəki din xadimlərinə mesajlar göndərərək Pezeşkiana qarşı təbliğat, Cəlilinin xeyrinə vətəndaşları seçkilyə cəlb etmək müqabilində hər birinin kartına 2 milyon tümən (50 AZN) köçürüləcəyi bildirilir.
Bununla yanaşı kiçik şəhərlərdə və kəndlərdə gəzən mollalar sadə vətəndaşlara Məsud Pezeşkianın xristianlığı təbliğ etdiyi və İslam dininə təhlükə olduğu deyilir.

İranda prezidentliyə namizəd Məsdu Pezeşkiana qarşı xaricdə fəaliyyət göstərən və hakimiyyətə müxalifətdə olan farsdilli medianın təbliğatı davam edir.

Mərkəzçi və şahçı siyasi cərəyanlara mənsub və ya onları dəstəkləyən "İran internathional", "Manoto", "BBC Farsi", "Radio fərda" və başqa bu kimi media orqanları Pezeşkianın türk olmasına görə, onun ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə iddialar səsləndirirlər.
Onlar azərbaycanlı namizədin öz kimliyi, miliyyəti və ana dili ilə bağlı çıxışlarından başqa mənalar çıxarıb, onu millətçilik və yerliçilikdə günahlandırırlar.

Farsdilli mətbuat orqanları hakimiyyətə müxalif olmalarına baxmayaraq, Məsud Pezeşkianın rəqibi, mühafizəkar siyasi cərəyanın və Əli Xaməneinin nümayəndəsi Səid Cəlili barədə ciddi tənqidi materiallar dərc etmir, dolayısı yolla onun Pezeşkian qarşısında qələbəsinə dəstək verirlər.

Bununla yanaşı farsdilli "youtube" kanallarında da oxşar kampaniya aparılır, türk siyasətçinin miliyyəti barədə çıxışları "pantürkizm" nümunəsi kimi dəyərləndirilir.

Prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə eyni vaxtda Təbriz və ətraf bölgələrinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu, başqa əyalətlərdən şəhərə əlavə qüvvələr gətirildiyi barədə məlumatlar yayılıb.

Yerli mənbələr və bir sıra sosial media kanallarında məlumat yayıblar. Bunun seçkilərinin nəticələrinin elan olunmasından sonra baş verə biləcək reaksiya və aksiyalara qarşı qabaqlayıcı tədbirlərin tərkib hissəsi olduğu ehtimal olunur.

Bir sıra yerli mənbələr bunu hakimiyyətin Məsud Pezeşkianın seçilməsinə mane olacağı, Səid Cəlilinin prezident elan ediləcəyinə dair işarə kimi qiymətləndirirlər.

“İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq”. Musavat.com xəbər verir ki, bunu Tehranın İrəvandakı səfiri Mehdi Sübhani erməni jurnalistinin ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualını cavablandırarkən deyib.

“İranın Ermənistanla bağlı siyasəti prinsipialdır, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, - o bildirib.

Səfir seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:

“İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla İranda prezident seçkilərinin ikinci turunu və digər aktual məsələləri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR