İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda “əxlaq polisi” fəaliyyətini bərpa edib - VİDEO

481 17.07.2023 20:55 Region A A

İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən 10 ay sonra “əxlaq polisi” yenidən fəaliyyətini bərpa edib.

Qeyd olunur ki, hazırda hicab qanununu pozanları aşkar etmək üçün müşahidə kameralarından da istifadə edilir.

Xatırladaq ki, Məhsa Əmininin ölümü ilə başlayan etirazlar sərt repressiyalardan sonra yatırdılıb. Həmin hadisələr nəticəsində 500-dən çox insan öldürülüb, 20 min nəfər saxlanılıb. ABŞ və Avropa ölkələri İran polisinə və hüquq-mühafizə orqanlarının yüksəkrütbəli nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Etirazlar başlayandan bir neçə gün sonra İranda “əxlaq polisi”nin Məhkəmə Sisteminə aidiyyəti olmadığı üçün fəaliyyəti dayandırıldığı bəyan edib. İndi isə fəaliyyəti bərpa olunub. Məlumatı İranın Baş prokuroru Məhəmməd Cəfər Montəzeri də təsdiq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR