İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları genişlənir-"Bəsic" bazalarına od vuruldu

634 28.12.2022 12:20 Region A A

 

İranda etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, aksiyalar İranın Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra şəhərlərində davam edib. 

Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”, və digər şüarlar səsləndirilib.

Sosial şəbəkələrdə İranda Xomneyi və Xamneyinin şəkillərinin xalq tərəfindən zibil qutusuna atıldığını əks etdirən fotoşəkillər yayımlanıb.

Tehranın Nəvab şossesində azadlıq uğrunda inqilabın 100-cü günü münasibətilə etirazçı xalq bayraq asıblar.

Həfthoz məhəlləsində molla rejiminə qarşı etiraz aksiyası keçirilib. Şüarlar: "Qəddar “Xameneyi, səni torpağa basdırarıq!”, “Diktatora ölüm olsun!”, “Bu son xəbərdarlıqdır, edam etsən qiyamət qopacaq!”.

Tehranda etirazçılar divarlara İslam Respublikasının rəhbərinə qarşı şüarlar yazmaqda davam ediblər. “Xameneiyə ölüm olsun! Bütün rejimə ölüm olsun!”.

Qərbi Azərbaycan əyalətində də aksiyalar keçirilib. Bəykəndi şəhərində "Xameneyiyə ölüm olsun" şüarını sədaları altında genişmiqyaslı etiraz nümayişi keçirilib.

Qəzvin şəhərində etirazçı gənclərdən biri hökumət mollasının əmmaməsini başından vurub salıb.

İranın Babül (Mazandaran), Kirman (Kirman) və Şuş (Xuzistan) şəhərlərində etirazçılar “Bəsic” qüvvələrinin bazalarına Molotov kokteylləri ilə hücum ediblər. 

Babül şəhərində (Mazandaran) etirazçılar bütün şəhər sakinlərini etirazlara qoşulmağa çağıran şüarlarla nümayiş keçirib.

Bəndər Abbas şəhərində hökumət qüvvələri molla rejiminə qarşı aksiya keçirənlərə atəş açıb. İsfahan şəhərində etirazçılar “Bəsic” qüvvələrinin bazasına od vurublar.

Etirazçılar SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandanı Qasım Süleymaninin baberinə od vurub.

Etirazçılar İsfahanın Qəhdərican şəhərindəki Bəsic bazasına molotov kokteyli ataraq onu yandırıblar. Həmçinin Rəfsəncanda etirazçılar şəhərin meydanlarından birində Xomeyni və Xameneyinin plakatlarını yandırıblar.

Məşhəd şəhərində də etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Xameneiyə ölüm olsun! Diktatora ölüm olsun!” şüarlarını səsləndiriblər.

Kirmanşah şəhərində etirazçı gəncin yol nişanına “Xameneiyə ölüm!” şüarı yazdığını əks etdirən video görüntülər yayımlanıb.

Zahedan şəhərində hökumət əleyhinə etiraz aksiyasında iştirakçılardan birinin hökumət məmurlarına xitab edən plakatında yazılıb: “Oğru, qarətçi, iğtişaşçı və təcavüzçü sənsən, amma mən edam olunan mən!”

Kərəcin Qolşəhr bölgəsində xalqın molla rejiminə qarşı etirazları davam edib. Etirazçılar Xameneyiyə ölüm olsun! şüarı səsləndiriblər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR